Digər

Trampın şantajına imkan verməyəcəyik - Almaniya

18 Jan 2026, 18:00 2 baxış
Trampın şantajına imkan verməyəcəyik - Almaniya

Avropalılar özlərini şantaj etməyə imkan verməyəcəklər.


Axar.az xəbər verir ki, bunu Almaniya vitse-kansleri Lars Klinqbayl deyib.


“Trampın yolunu tutmayacağımız tamamilə aydındır. Özümüzü şantaj etməyə və ya təxribata məruz qoymağa imkan verməyəcəyik. Nə tariflərlə, nə sözlə. Avropalıların ABŞ-a vahid və aydın cavab verməsi vacibdir. ABŞ-da hər kəs indi başa düşməlidir: avropalılar bununla razılaşmayacaqlar”, - Klinqbayl bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Finlandiya və Niderlanda Qrenlandiyaya görə 1 fevraldan etibarən 10% tarif tətbiq ediləcəyini açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər