Digər

Suriya ordusu Rakkanın mərkəzinə daxil oldu

18 Jan 2026, 18:20 2 baxış
Suriya ordusu Rakkanın mərkəzinə daxil oldu

Suriya ordusunun bölmələri Dəməşqdən 520 kilometr şimal-şərqdə, Fərat çayının sahilində yerləşən eyniadlı əyalətin paytaxtı Rakkanın mərkəzi rayonlarına daxil olub.


Axar.az xəbər verir ki, bu barədə "Al-Hadat" televiziyası Suriya hərbi mənbələrinə istinadən məlumat yayıb.


Bildirilib ki, qoşunlar daha əvvəl ölkənin şimal əyalətlərini birləşdirən strateji Hələb-Rakka-Deyr əz-Zor magistral yoluna nəzarəti ələ keçirmişdilər.


Qeyd edək ki, Suriya ordusu terrorçu SDQ qüvvələrinə qarşı əməliyyat aparır.

Mənbə axar.az

Oxşar Xəbərlər