İdman
Mourinyo "Real Madrid"ə baş məşqçi təyin olunacağı barədə xəbərləri şərh edib
"Benfika" futbol klubunun baş məşqçisi Joze Mourinyo "Real Madrid"ə rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edib. Oxu.Az bu barədə Football24.ru-ya istinadən xəbər verir. Qeyd olunub ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin portuqaliyalı mütəxəssisin geri qayıtmasında maraqlı olduğu bildirilirdi. "Real Madrid"ə qayıtmaq? Məni öz "seriallar"ınıza daxil etrməyin", - deyə Mourinyo bildirib. Xatırladaq ki, Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"i çalışdırıb. Onun rəhbərliyi altında "Kral klubu" La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanıb.
Mənbə
oxu.az