Digər
Türkiyəli məşhur müğənni ikinci dəfə evlənir
Türkiyəli Murad Dalkılıç ikinci dəfə ailə həyatı qurur.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, ifaçı aktrisa Özgü Kaya ilə nikah masasına oturacaq.
Belə ki, 1 ildir sevgili olan cütlük münasibətlərini rəsmiləşdirmək qərarı alıb.
Məlumata görə, onlar bu ilin yayında Quş adasındakı otellərdən birində məclis keçirəcəklər.
Xatırladaq ki, Murat 2015-ci ildə aktrisa Merve Boluğurla evlənmiş, 2017-ci ildə boşanmışdılar.
Mənbə
axar.az