İdman
"Milan" futbolçusunun yarım milyon avro dəyərində qol saatları oğurlandı
"Milan"ın hücumçusu Niklas Füllkruqun 500 min avro dəyərində saatları oğurlanıb. Oxu.Az bu barədə "Football Italia" nəşrinə istinadən xəbər verir. Məlumata görə, 32 yaşlı futbolçu məşqə getdiyi zaman qarət olunub. Hotelə qayıdan Füllkruq otağında seyfinin açıldığını aşkar edib. Qeyd olunub ki, ümumi dəyəri 500 min avro olan dörd ədəd qol saatı oğurlanıb.
Mənbə
oxu.az