İdman
A Seriyası: "Yuventus" səfərdən əliboş qayıdır
İtaliya A Seriyasında 21-ci turun matçları oynanılır. Oxu.Az xəbər verir ki, "Yuventus" "Kalyari"nin qonağı olub.
Meydan sahibləri adlı-sanlı rəqibi üstələməyi bacarıblar. Qarşılaşmada yeganə qolu "Kalyari"nin mərkəz yarımmüdafiəçisi Luka Matsitelli vurub. Onun 65-ci dəqiqədəki sərrast zərbəsi komandasına üç xal qazandırıb. Bu nəticədən sonra "Qoca sinyora" 39 xalla turnir cədvəlində 4-cü yeri tutur. Onun rəqibi isə 22 xalla 13-cü pillədə qərarlaşıb.

Mənbə
oxu.az