Digər

ABŞ ordusu Suriyada İŞİD terrorçusunu öldürdü

18 Jan 2026, 01:47 2 baxış
ABŞ ordusu Suriyada İŞİD terrorçusunu öldürdü

ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində endirilən zərbə nəticəsində 2025-ci ilin dekabrında amerikalı hərbçilərə və tərcüməçiyə qarşı hücumla əlaqəli olan terrorçunu zərərsizləşdirib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.


Məlumatda bildirilib ki, yanvarın 16-da həyata keçirilən zərbə zamanı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi olan və İŞİD-in iki ABŞ hərbçisi və bir tərcüməçinin öldürülməsinə səbəb olan pusqunun təşkilində məsuliyyət daşıyan terrorçu ilə birbaşa təmasda olmuş silahlı qruplaşma lideri öldürülüb.


Mənbə axar.az

Oxşar Xəbərlər