İdman

İngiltərə Premyer Liqası: "Çelsi"dən inamlı qələbə, "Liverpul"dan xal itkisi

17 Jan 2026, 21:24 1 baxış
İngiltərə Premyer Liqası: "Çelsi"dən inamlı qələbə, "Liverpul"dan xal itkisi
İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, "Liverpul" doğma azarkeşləri önündə "Börnli"ni qəbul edib. Rəqibin öhdəsindən gələ bilməyən mersisayd klubu minimal hesablı heç-heçəyə razılaşaraq xal itirib - 1:1.
Digər matçda "Çelsi" ev oyununda "Brentford"u sınağa çəkib. "Zadəganlar" qonaqların qapısından iki cavabsız top keçirərək qarşılaşmanı qalib başa vurublar - 2:0.
Hazırda "Liverpul" 36 xalla turnir cədvəlində 4-cü, "Çelsi" isə 34 xalla 6-cı pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər