İdman

"Real Madrid" Arbeloanın rəhbərliyi altındakı ilk La Liqa matçında qalib gəldi

17 Jan 2026, 19:36 1 baxış
"Real Madrid" Arbeloanın rəhbərliyi altındakı ilk La Liqa matçında qalib gəldi
İspaniya La Liqasının 20-ci turunda "Real Madrid" "Levante"ni qəbul edib. Oxu.Az xəbər verir ki, Kral klubunun yeni baş məşqçisi Alvaro Arbeloa üçün ölkə çempionatındakı debüt matçı uğurlu olub.
Meydan sahiblərinin hücumçusu Kilian Mbappe 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 65-ci dəqiqədə müdafiəçi Raul Asensio komandanın üstünlüyünü artırıb - 2:0. Hazırda "Real" 48 xalla yarış cədvəlinin ikincisidir. "Levante" isə 14 xalla sondan ikinci - 19-cu pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər