İdman
"Sabah" yoxlama oyununda doqquz qolla qalib gəldi
Misli Premyer Liqasının təmsilçisi "Sabah" yoxlama oyununda I Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb. Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib. "Bayquşlar"ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə bölgə kollektivinin qapısından Umarali Raxmonaliyev (penaltidən), Kahim Parris və Tellur Mütəllimov keçiriblər.
Mənbə
oxu.az