Digər
Hələbdə əməliyyat: Suriya ordusu itki verdi
Xəbər verdiyimiz kimi, Suriya ordusunun keçirdiyi əməliyyat nəticəsində Hələb vilayətinin Məskənə şəhəri SDQ terrorçularından tamamilə təmizlənib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərdə patrul xidməti aparan Suriya əsgərləri SDQ tərəfindən hədəf alınıb.
Toqquşma nəticəsində Suriya ordusunun 2 əsgəri həlak olub, bir neçə hərbçi isə yaralanıb.
Mənbə
axar.az