Digər
Rodrigesdən qərar: bu nazirlikləri birləşdirdi...
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges bir sıra kadr dəyişiklikləri həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə D.Rodriges X hesabında paylaşım edib.
"Mən ölkənin iqtisadi inkişafında mühüm rol oynayan Sənaye, Milli İstehsal və Milli Ticarət nazirliklərini birləşdirmək qərarına gəldim. Yeni quruma nazir Luis Antonio Villeqas rəhbərlik edəcək", - D.Rodriqes qeyd edib.
O, həmçinin Nəqliyyat, Ekososializm, Rabitə və İnformasiya nazirliklərinin rəhbərlərini də dəyişib.
Bütün yeni nazirlər əvvəlki hökumətin tərkibində olublar və ya Venesuelada hakim Sosialist Partiyasının üzvləridirlər.
Mənbə
axar.az