Digər

ABŞ-ın Venesuela əməliyyatı zamanı ölənlərin sayı... – Rəsmi

17 Jan 2026, 09:53 1 baxış
ABŞ-ın Venesuela əməliyyatı zamanı ölənlərin sayı... – Rəsmi

ABŞ-ın Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ələ keçirilməsi əməliyyatı zamanı 83 nəfər öldürülüb.


Axar.az xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes məlumat verib.


"Əməliyyatlar zamanı mülki şəxslər və digər insanlar həlak olub. Həmçinin, 32 Kuba vətəndaşı da öldürülüb. Ümumilikdə 83 nəfər həlak olub, 112-dən çox insan yaralanıb. Ölənlərdən 47 nəfəri hərbçidir”, - nazir bildirib.


Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı Prezident Nikolas Maduro həyat yoldaşı Silia Floreslə birlikdə ABŞ-a aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər