Digər

Tramp İrana təşəkkür etdi

16 Jan 2026, 22:47 1 baxış
Tramp İrana təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin yanvarın 15-də həyata keçirilməsi planlaşdırılan edamların (sayı 800-dən çox) ləğv etməsinə münasibət bildirib.


Axar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb.


"Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsini yüksək qiymətləndirirəm. Təşəkkür edirəm", - deyə o əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər