Dünya

ABŞ-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək

16 Jan 2026, 21:00 1 baxış
ABŞ-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək
Ukrayna nümayəndə heyəti Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirmək üçün ABŞ-yə yola düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, nümayəndə heyətinə Ukrayna Prezidenti Aparatının rəhbəri Kiril Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamiya daxildir. Bildirilib ki, Ukrayna nümayəndə heyəti yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparmaq niyyətindədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər