Dünya

Avropa Parlamenti SEPAH-ın terror təşkilatı elan olunmasını tələb edir

16 Jan 2026, 19:48 1 baxış
Avropa Parlamenti SEPAH-ın terror təşkilatı elan olunmasını tələb edir
Avropa Parlamenti İrana qarşı yeni sanksiyaların bir hissəsi olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini tələb edir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Avstriyaya səfəri zamanı keçirilən mətbuat konfransında bildirib. "İranda baş verənlərə son qoymalıyıq. SEPAH-ı terror təşkilatı elan etməklə bərabər, sərt sanksiyalar tətbiq etməliyik", - deyə o bildirib. Metsola əlavə edib ki, ötən həftə Avropa Parlamenti öz təşəbbüsü ilə İran diplomatik korpusunun Brüssel və Strasburqdakı Avropa Parlamentinin iqamətgahlarına baş çəkməsini qadağan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər