Siyasət
Azərbaycandakı bütün siyasi partiyalar üzvlük reyestrini yeniləyib
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar üzvlərinin reyestrində baş vermiş dəyişikliklər barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim edib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib. Qurum xatırladıb ki, "Siyasi partiyalar haqqında" Qanunun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim edilir: "Bununla əlaqədar qeyd edirik ki, ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim edib". Məlik Məlikov
Mənbə
oxu.az
Oxşar Xəbərlər