Siyasət
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Əfqan Cəlilov kimdir?
Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Oxu.Az Əfqan Cəlilovun dosyesini təqdim edir: "Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb. 2002-2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 2005-13-cü illərdə "AGBank" ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə "AGBank" ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-20-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib. 2021-23-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü il oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub. Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib. Məlik Məlikov
Mənbə
oxu.az
Oxşar Xəbərlər