Cəmiyyət

Dövlət Sosial Müdafiə Fondunda yeni KADR TƏYİNATI

16 Jan 2026, 16:24 1 baxış
Dövlət Sosial Müdafiə Fondunda yeni KADR TƏYİNATI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni kadr təyinatı həyata keçirilib. Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, müvafiq qərarla Aygül Rahib qızı Səfərli Dövlət Sosial Müdafiə Fondunun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialının Ümumi işlər üzrə departamentinin müdiri vəzifəsinə təyin edilib. Aygül Səfərli bu təyinata qədər Fondun 2 saylı Lənkəran-Astara regional filialının (Masallı, Cəlilabad, Yardımlı rayonları üzrə) direktoru vəzifəsində çalışıb.
Dövlət Sosial Müdafiə Fondunda yeni KADR TƏYİNATI
Mənbə oxu.az

Oxşar Xəbərlər