Dünya

Samvel Karapetyan yenidən həbs olunacaq: Məhkəmə onunla bağlı ev dustaqlığı qərarını ləğv etdi

16 Jan 2026, 15:40 1 baxış
Samvel Karapetyan yenidən həbs olunacaq: Məhkəmə onunla bağlı ev dustaqlığı qərarını ləğv etdi
Ermənistanda iş adamı Samvel Karapetyanın ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olunacaq. Apelyasiya məhkəməsi erməni sahibkarın məhkəməyə qədər həbsdə qalması barədə qərar çıxarıb. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bununla da birinci instansiya məhkəməsinin 2025-ci ilin sonunda verdiyi qərar ləğv olunub. Ötən ilin dekabrın 30-da məhkəmənin qərarı ilə Karapetyanın məhkəməyə qədər müddətdə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Məlumata görə, "Taşir" şirkətlər qrupunun rəhbəri olan Karapetyan 2025-ci ilin iyun ayında dindarlarla hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədiyinə görə həbs edilib. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri (vəzifə səlahiyyətlərindən və ya ona əsaslanan təsirdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması) ilə yeni ittihamlar irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər