Cəmiyyət

Milli Məclisdə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib

16 Jan 2026, 15:44 2 baxış
Milli Məclisdə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib
Milli Məclisdə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib. O bildirib ki, bu məsələ şəxslərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək: "Məsələn, Nərimanovda sahəsi 1000 kvadratmetr olan obyektin icarə haqqı 25 min manatdır. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş olunur. Ona görə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu, bələdiyyələrə də əlavə dəstəkdir". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər