Dünya

Filippindəki sürüşmə nəticəsində ölənlərin sayı artdı

16 Jan 2026, 16:00 1 baxış
Filippindəki sürüşmə nəticəsində ölənlərin sayı artdı
Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində zibil poliqonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27-yə çatıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABS-CBN News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib. Qeyd edilir ki, doqquz nəfər hələ də itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatları davam edir, baxmayaraq ki, yağışlar fövqəladə xidmətlərin işini çətinləşdirir. Bildirək ki, daha əvvəl qurbanların sayı 19 nəfər təşkil edib. Xatırladaq ki, Sebu zibil poliqonunda sürüşmə yanvarın 8-də baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ tapılıb və daha sonra onlar xəstəxanaya yerləşdiriliblər. Sebu şəhər şurası qurbanların xatirəsinə matəm günü elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər