Dünya
Çin Rusiyadan elektrik enerjisi idxalını tamamilə dayandırdı
Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi almağı tamamilə dayandırıb. Oxu.Az xəbər verir ki, məlumatı "Kommersant" yayıb. Bunun səbəbi daxili qiymətləri üstələyən yüksək ixrac qiymətləridir. Nəşrin mənbələrinə görə, Moskva ilə Pekin arasında elektrik təchizatı müqaviləsi 2037-ci ilə qədər qüvvədə olsa da, Rusiya elektrik enerjisinin Çinə ixracının 2026-cı ildə bərpa olunma ehtimalı azdır. Jurnalistlər qeyd edirlər ki, Rusiya Energetika Nazirliyi öz növbəsində Çindən yeni bir sorğu aldıqdan və qarşılıqlı faydalı əməkdaşlıq şərtləri əldə etdikdən sonra təchizatın bərpa olunacağını istisna etmir.
Mənbə
oxu.az