Dünya

Yurgen Kloppun köməkçisi "Sabah"ın düşərgəsində

16 Jan 2026, 14:48 1 baxış
Yurgen Kloppun köməkçisi "Sabah"ın düşərgəsində
Aut üzrə məşhur danimarkalı məşqçi Tomas Qronnemark Azərbaycanın "Sabah" futbol komandasına məşq keçib. Oxu.Az-ın xəbərinə görə, bu barədə o özünün sosial şəbəkə hesabında paylaşım edib.
"Bu həftə mən Azərbaycanda aut üzrə "Sabah" komandasına məşqçilik etmək şərəfinə nail oldum... və bu, unudulmaz təcrübə idi... Klubda mənə ailənin bir üzvü kimi yanaşdılar və mən komandaya özümün "uzun, sürətli və ağıllı autlar fəlsəfəm"ə uyğun olaraq məşq keçdim. Məşqlər aşağı, orta və yüksəkçətinlikli məşqlərin aşağı, orta və yüksək intensivliklə kombinasiyasından təşkil olunmuşdu. Mənim 9 sahədən ibarət "çətinlik-intensivlik" modelim əsasında oldu məşqlər", - deyə Tomas Qronnemark paylaşımda bildirib. O, həmçinin Bakı ilə bağlı gözəl təəssüratını da bölüşüb. "Qaldığım Bakı... Bu şəhər haqqında mənim yalnız müsbət təəssüratım var. Gözəl binalar - həm köhnə, həm də müasir - mehriban insanlar, dadlı yeməklər, dəniz sahilində əla yerləşmə. Əgər hələ də orda olmamısınızsa, Bakıya ziyarətə getməyinizi tövsiyə edirəm", - deyə məşqçi vurğulayıb. Tomas Qronnemark, həmçinin komandaya təşəkkürünü də ifadə edib. "Komandaları üçün aut üzrə məşq keçməyə dəvət etdiyi üçün "Sabah" futbol komandasına təşəkkür edirəm. Xahiş edirəm, sizinlə iki və ya üçgünlük aut məşqləri keçməyimi istəyirsinizsə, mənə xəbər verin. Mən bütün dünyada məşqlər keçirəm", - deyə o əlavə edib. Qeyd edək ki, T.Qronnemark Yurgen Kloppla birgə "Liverpul"da çalışıb. O, hazırda fəaliyyətini "Arsenal"da davam etdirir.
Yurgen Kloppun köməkçisi "Sabah"ın düşərgəsində
Mənbə oxu.az

Oxşar Xəbərlər