Siyasət

Abbas Abbasov: "Etnik azlıqlara qarşı həyata keçirilən diskriminasiya siyasətləri əleyhinə mübarizəmizi davam etdirəcəyik"

16 Jan 2026, 13:36 1 baxış
Abbas Abbasov: "Etnik azlıqlara qarşı həyata keçirilən diskriminasiya siyasətləri əleyhinə mübarizəmizi davam etdirəcəyik"
"Hindistan hökumətinin tətbiq etdiyi irqçi və zorakı diskriminasiya siyasəti dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmalıdır və ədalətli beynəlxalq təşkilatlar buna adekvat reaksiya verməlidirlər". Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı sözügedən məsələni BMT-də, BMT institutları və digər beynəlxalq təşkilatların gündəminə daşıyacaq: "Təşkilatımız artıq beynəlxalq siyasət müstəvisində nüfuza malikdir. Biz yalnız kolonial və neokolonial siyasətlərə qarşı mübarizə aparmırıq. Eyni zamanda, yerli xalqların hüquqlarının qorunması, etnik azlıqlara qarşı törədilən cinayətlərin, zorakılığın və diskriminasiya siyasətlərinin ifşası ilə məşğul olur və bu məsələləri bütün beynəlxalq təşkilatların platformalarına daşıyırıq". A.Abbasov Azərbaycana qarşı ikili standart tətbiq edən ölkələrə də mesaj ünvanlayıb: "Onlar, ilk növbədə, öz ölkələrində baş verən ədalətsizliklərə diqqət yetirsələr, daha ədalətli yanaşma olardı". O, BTQ-nin son dövrlər qazandığı uğurlardan və gələcək planlarından da bəhs edib: "Son dövrlərdə mühüm müsbət nəticələr əldə etmişik. Bildiyiniz kimi, kolonial və neokolonial siyasətlərə qarşı apardığımız mübarizə dekolonizasiya prosesinə ciddi töhfələr verib. Eyni zamanda, yerli xalqların hüquqlarının qorunması sahəsində, məsələn, Yeni Kaledoniyada və digər dənizaşırı ərazilərdə də müəyyən nailiyyətlər əldə etmişik. Etnik azlıqlara qarşı həyata keçirilən diskriminasiya siyasətləri əleyhinə mübarizəmizi davam etdirəcəyik. Bu gün keçirilən konfrans bizim bu sahədə ilk beynəlxalq tədbirimiz və ilk layihəmizdir. Bununla yanaşı, mövzu ilə bağlı nəşrlərimiz də olacaq. Düşünürəm ki, bu fəaliyyət istiqamətində qarşıdakı aylarda və növbəti illərdə daha mühüm nəticələr əldə edəcəyik. Digər milli azlıqlara həsr olunmuş beynəlxalq konfranslarımız və tədbirlərimiz də planlaşdırılır. Həmçinin mövzu ilə bağlı nəşrlər hazırlanacaq. Lakin hazırda bəzi təhlükəsizlik məsələlərinə görə bu tədbirlərin detalları açıqlanmır". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər