Dünya

İlon Maskın uşağının anası "xAI" şirkətini ədəbsiz şəkillərə görə məhkəməyə verdi

16 Jan 2026, 12:12 1 baxış
İlon Maskın uşağının anası "xAI" şirkətini ədəbsiz şəkillərə görə məhkəməyə verdi
İlon Maskın övladlarından birinin anası olan Eşli Sent Kler ABŞ-li sahibkarın "xAI" şirkətini məhkəməyə verib. Buna səbəb "Grok" neyron şəbəkəsi vasitəsilə yaradılan seksual xarakterli şəkillər olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC News" telekanalı məlumat verib. Nyu-York ştatı məhkəməsində qaldırılan iddiada Sent Kler iddia edib ki, "xAI"ın "Grok" çatbotu bu ayın əvvəlində özünün razılığı olmadan onun bikinidə süni intellektlə dəyişdirilmiş şəklini yaradıb. İddiaçının sözlərinə görə, o, "xAI"a müraciət edərək, bu cür şəkillərin yaradılmasını dayandırmasını istəyib, lakin buna baxmayaraq, "Grok" dipfeyk metodikasından istifadə ilə Sent Klerin saysız-hesabsız seksual xarakterli, intim və alçaldıcı şəkillərini yaradıb və ictimaiyyətə yayıb. Məhkəmə materiallarında bildirilib ki, bu şəkillər barədə "xAI"a bildirdikdən sonra "X"də təxminən bir milyon izləyicisi olan bloqer Sent Klerin hesabı verifikasiyadan (obyektiv sübutların təqdim edilməsi yolu ilə müəyyən edilmiş tələblərin yerinə yetirildiyinin təsdiqi - red.), premium abunə və paylaşımlarından pul qazanmaq imkanından məhrum edilib. Xatırladaq ki, daha əvvəl İlon Maskın şirkəti "Grok"dan istifadə edərək real insanların fotolarını redaktə etmək imkanına məhdudiyyətlər qoymuşdu. Bu, çatbotun intim dipfeyk şəkillər yaratması ilə bağlı qalmaqal fonunda baş vermişdi. Bu cür materiallar yaratmaq imkanı bunun qanunla birbaşa qadağan olunduğu ölkələrdə tamamilə bloklanacaq. "xAI" əmin edib ki, bu cür kontenti öz platformalarından silirlər. Daha əvvəl Malayziya və İndoneziya hakimiyyəti çatbotun dəfələrlə pornoqrafik, təhqiramiz və icazəsiz dəyişdirilmiş şəkillər, o cümlədən yetkinlik yaşına çatmayanların materialları üçün istifadə edilməsindən sonra "Grok"u bloklamışdı. Ölkənin texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə avrokomissarı Henna Virkkunen Maskı bu alqoritmləri düzəltməyə çağırmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər