Cəmiyyət

Hicran Hüseynova: "Gender bərabərliyinin təmini üçün qanunlar təkmilləşdirilməlidir"

16 Jan 2026, 12:18 2 baxış
Hicran Hüseynova: "Gender bərabərliyinin təmini üçün qanunlar təkmilləşdirilməlidir"
"Cinsi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə gender bərabərliyinin təmin olunması sahəsində həllini gözləyən məsələlər var". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, gender bərabərliyinin təmin edilməsi ilə əlaqədar qanunvericiliyin daha da təkmilləşdirilməsi zərurəti yaranıb: "Bu baxımdan, yaz sessiyasında yeni qanun layihələri gözləyirik. Ümumilikdə, bu sessiyada ailə institutunun möhkəmləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması istiqamətində dinləmələr və görüşlər keçirməyi nəzərdə tuturuq". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər