Dünya

Pəncablı nazir: "Hindistanda insan haqları sistemli şəkildə pozulur"

16 Jan 2026, 12:19 1 baxış
Pəncablı nazir: "Hindistanda insan haqları sistemli şəkildə pozulur"
"Hindistanda müsəlmanlar və xristianlar, xüsusilə Kəşmir və Qucarat bölgələrində dini azlıqlar ciddi ayrı-seçkilik və məhdudiyyətlərlə üzləşirlər". Oxu.Az xəbər verir ki, bu fikirləri Pəncab hökumətinin insan hüquqları və azlıqların işləri üzrə naziri Rameş Sinqh Arora Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtımızda keçirilən "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, Azərbaycan daim insan haqlarının müdafiəçisi kimi çıxış edib: "Hindistanda milli azlıqların hüquqları açıq və sistemli şəkildə pozulur. İndira Qandinin öldürülməsindən sonra məhkəmədənkənar cəzalar və günahsız siqhlərin kütləvi şəkildə qətlə yetirilməsi halları olur. Milad bayramı ərəfəsində 700-dən çox hadisə qeydə alınıb və xristian icmasına dini ayinlərini sərbəst icra etməyə imkan verilməyib". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər