Cəmiyyət

Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib

16 Jan 2026, 11:03 2 baxış
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib. Oxu.Az-xəbər verir ki, mərhum Hərbi Memorial Məzarlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, dövlət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şahin Tağıyev İsveçin Malmö şəhərində vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

{{gallery}} Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər