Cəmiyyət
Goranboyda maşın mal-qaraya çırpılıb dərəyə aşdı: Yaralananlar var
Yanvarın 16-da saat 09:20-də Goranboy rayonunda avtomobil mal-qaraya çırpılaraq dərəyə aşıb. Yol-nəqliyyat hadisəsi səbəbindən maşında olan və xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub: "Hazırda müalicələri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir". Xatırladaq ki, VAZ markalı avtomobil yolda olan mal-qaraya çırpılıb, daha sonra idarəetmədən çıxaraq dərəyə düşüb. Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü F.Əliyev, sərnişinlər 1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü S.Şadmanova xəsarət alıblar. Məhərrəm Əliyev
Mənbə
oxu.az