Dünya
ABŞ-nin İslandiyadakı səfiri vəzifəsinə namizəd 52-ci ştatla bağlı zarafatına görə üzr istədi
Prezident Donald Trampın ABŞ-nin İslandiyadakı səfiri vəzifəsinə namizədi Bill Lonq adanın 52-ci ştat olacağı ilə bağlı zarafatına görə üzr istəyib. Oxu.Az xəbər verir ki, bu barədə diplomat "Arctic Today" nəşrinə açıqlama verib. "Üzr istəyirəm, bu mənim yeganə şərhimdir", - deyə Lonq bildirib. O belə bir zarafatı dostları arasında etdiyini də vurğulayıb. Daha əvvəl sözügedən siyasətçi Konqres üzvlərinə zarafatla İslandiyanın ABŞ-nin 52-ci ştatı olacağını və oraya özünün rəhbərlik edəcəyini söyləmişdi.
Mənbə
oxu.az