Dünya
ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi Yaponiya sahillərində yoxa çıxıb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35A" qırıcı təyyarəsi yanvarın 16-da Yaponiya sahillərində, Aomori şəhəri yaxınlığında təhlükə siqnalı verdikdən sonra radarlardan itib. Oxu.Az-ın xəbərinə görə, bunu "Flightradar24" servisinin məlumatları göstərir. Resursun məlumatına görə, "Lockheed Martin F-35A Lightning II" təyyarəsi Yaponiya dənizinin şimalından uçub, Aomoridən cənubda Yaponiya ərazisini şərq istiqamətində keçib və sonra şimal-şərqə doğru istiqamət götürüb. Bakı vaxtı ilə təxminən saat 7:09-da təyyarə radarlardan yoxa çıxıb. Bundan əvvəl qırıcı təyyarə "7700" kodunu göndərib ki, bu da fövqəladə vəziyyəti bildirmək üçün istifadə edilir. Hadisənin səbəbi və ekipajın taleyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Mənbə
oxu.az