Dünya
Yurgen Klopp "Real Madrid"in baş məşqçisi olmaq istəyir
"Borussiya Dortmund"un və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Real Madrid"də işləmək variantını ciddi şəkildə nəzərdən keçirir. Oxu.Az bildirir ki, bu barədə insayder Florian Plettenberg məlumat verib. Məlumata görə, Klopp məşqçilik işinə ya "Real Madrid"lə, ya da Almaniya milli komandası ilə qayıda bilər. Qeyd olunub ki, təcrübəli mütəxəssis həmişə madridlilərin baş məşqçisi olmaq fikrinə müsbət yanaşıb. Qeyd edək ki, hazırda "Real Madrid"ın baş məşqçisi Alvaro Arbeloadır. Madrid klubu İspaniya çempionatında turnir cədvəlində 45 xalla ikinci yerdə qərarlaşıb.
Mənbə
oxu.az