Digər
Sabiq nazir müavini intihar etdi: Məktubda arvadı haqda yazıb ki...
Əmək nazirinin sabiq müavini Aleksey Sklyar Moskvada intihar edib.
Axar.az xəbər verir ki, RİA Sklyarın intihardan öncə vida məktubu yazdığını bildirib.
Agentliyin mənbəsinin sözlərinə görə, o, intihar qeydində baş verənlərə görə həyat yoldaşını günahlandırıb.
Qeyd edək ki, Baş nazir Mixail Mişustin Sklyarı 2022-ci ilin iyul ayında onun xahişi ilə Rusiya Federasiyasının əmək və sosial müdafiə nazirinin müavini vəzifəsindən azad edib. Sklyar 2018-ci ildən informasiya sistemlərinə, informasiya və telekommunikasiya infrastrukturuna və elektron dövlət xidmətlərinin göstərilməsinə rəhbərlik edib.
Mənbə
axar.az