Cəmiyyət
Nazir Elşən Hüseynovu bu idarəyə rəis təyin etdi
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Gənclər və İdman naziri Fərid Qayıbov əmri ilə sözügedən vəzifəyə Elşən Hüseynov təyin olunub.
Yeni rəis daha əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri olub.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.
Mənbə
axar.az