Digər

AB Kipr məsələsində vasitəçi ola bilməz - Çelik

15 Jan 2026, 22:30 1 baxış
AB Kipr məsələsində vasitəçi ola bilməz - Çelik

Kipr Administrasiyasının Avropa Birliyinə (Aİ) müvəqqəti sədrliyi qəbul edərkən Şimali Kipr Türk Respublikasına qarşı istifadə etdiyi "işğal" və "ilhaq" ifadələri tamamilə qeyri-qanunidir.


Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik deyib.


"Əsl işğal və ilhaq 1963-cü ildə yunan tərəfinin Kipr türklərinin hüquqlarını əllərindən alması ilə başlayıb" , - sözçü qeyd edib.


Onun sözlərinə görə, AB-nin Yunanıstan və Cənubi Kiprin marginal tezislərinə əsir olması, birliyi qlobal bir güc olmaqdan çıxarıb.


"AB Kipr məsələsində tərəfsiz deyil, buna görə də heç vaxt vasitəçi ola bilməz" , - Ö.Çelik vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər