Cəmiyyət

Bu şəxslərə əlavə pul veriləcək – Qərar

15 Jan 2026, 19:00 2 baxış
Bu şəxslərə əlavə pul veriləcək – Qərar

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin maaşlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.


Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavə 2026-cı il aprelin 1-dək veriləcək.


Əvvəl bu müddət 2026-cü il yanvarın 1-dək müəyyən edilmişdi.


Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin maaşlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:


– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;


– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;


– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.


Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər