Digər

Avropanın "Oreşnik"in analoquna ehtiyacı var - Makron

15 Jan 2026, 19:33 14 baxış
Avropanın "Oreşnik"in analoquna ehtiyacı var - Makron

Fransa və bütövlükdə Avropa Rusiyanın hipersəs raket sistemi olan "Oreşnik"ə bənzər bir raket sistemi yaratmalıdır.


Axar.az Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yanvarın 15-də İstres Hərbi Hava Bazasında hərbçilər qarşısında çıxış edərkən bildirib.


Makron vurğulayıb ki, Fransa "Oreşnik" raketinin təsir dairəsindədir:


"Biz qısa müddətdə analoji silahlar əldə etməliyik".


Makron qeyd edib ki, Fransa 2027-ci ildə hərbi büdcəsini 64 milyard avroya çatdırmağı planlaşdırır. Fransa Prezidenti həmçinin Avropa hava hücumundan müdafiə sisteminin Amerika "Patriot"undan daha təsirli olduğunu vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər