Kriminal
Naxçıvanda avtomobil boruya ÇIRPILDI: 600-ə yaxın ev QAZSIZ QALDI
Naxçıvanda minik avtomobili diametri 100 millimetr olan ortatəzyiqli qaz xəttinə çırpılıb. Oxu.Az-ın məlumatına görə, hadisə Culfa rayonunun Milax kəndində qeydə alınıb. Nəticədə qaz xətti yararsız hala düşüb. Təhlükəsizlik səbəbi ilə beş kənddə (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qazın verilişi dayandırılıb. Bildirilir ki, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Mənbə
oxu.az