Cəmiyyət

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Nov 2026, 18:40 2 baxış
Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb
"Bakının Nəsimi rayonunda salınacaq nəhəng parkla bağlı işlərə başlanıb". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonu, 28 May küçəsində 10 hektara qədər ərazini əhatə edəcək parkın layihəsində nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb: Xatırladaq ki, sözügedən park 28 May küçəsində "The Ritz-Carlton Baku" hotelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınacaq. Park ərazisində müxtəlif yaş qrupları üçün idman və uşaq oyun və tennis meydançalarının, süni göllərin, amfiteatr və su rezervuarlarının quraşdırılması gözlənilir. Həmçinin ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradılacaq. Keçid meydançaları, velosiped yolları çəkiləcək, dekorativ daşlar və qranit örtük çəkiləcək. Yeni parkda böyük yaşıllıq sahələri salınaraq ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları yaradılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər