Siyasət

İranın gələcəyi necə olacaq? - "Rejimin davam etmək şansı yoxdur"

15 Jan 2026, 16:54 1 baxış
İranın gələcəyi necə olacaq? - "Rejimin davam etmək şansı yoxdur"
İranda 2025-ci ilin dekabrından başlayan və bu gün də davam edən etiraz dalğası artıq lokal narazılıq çərçivəsindən çıxaraq, bütövlükdə ölkənin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Xüsusilə ölkənin iqtisadi həyatında böyük rola malik bazar tacirlərinin tətilə qoşulması etirazların miqyasının genişləndiyini və proseslərin yeni mərhələyə keçdiyini göstərir. Digər tərəfdən isə ABŞ-nin İranı vurması ehtimalı qalmaqdadır. Mövcud vəziyyət fonunda İranın gələcəyi necə olacaq? Narazılıqlar daha geniş, ümummilli tətilə çevrilə bilərmi? Bu kimi suallar aktuallıq kəsb etməyə başlayıb. Siyasi şərhçi Oqtay Qasımov Oxu.Az-a açıqlamasında hadisələrin mümkün inkişaf ssenariləri və etirazların İranın daxili siyasi dinamikasına təsirindən danışıb. O bildirib ki, İran son illərdə özünün ən gərgin dövrünü yaşayır:
"Bu, əslində gözlənilən bir proses idi. Çünki 47 ildən bəri mövcud olan rejim xeyli dərəcədə özünü tükədib və bu İran vətəndaşlarına perspektivli gələcək vəd etmir. Bu baxımdan, hətta İranda rejim bu etiraz aksiyalarını yatırsa belə, vəziyyətin dəyişməsi baş verməyəcək. Çünki baş verənlər göstərir ki, sistem öz mahiyyətini dəyişməyib və vətəndaşlarla dialoq halında deyil. Ona görə də dəyişikliklərə qarşı müqavimət göstərir. Amma bütün hallarda İran iqtidarı bu etirazları yatırmağa nail olsa da, mütləq bəzi dəyişikliklərə getməlidir. Çünki onun bu formada gələcəyi şübhə altındadır. Bu nöqteyi-nəzərdən ölkədə müəyyən demokratik islahatlar həyata keçirilməli, insan haqlarını, digər millətlərin hüquqlarını tanıyan və hörmət edən rejim formalaşmalıdır". "Təbii ki, orta əsrlərə məxsus rejimlə 21-ci əsrdə cəmiyyət idarə etmək olmaz. İran inqilabından və molla rejiminin formalaşmasından keçən dövr ərzində ölkədə yeni nəsillər doğulub. Onlar fərqli dünyada görürlər və ölkələrində də normal bir dövlət idarəçiliyinin qurulmasında maraqlıdırlar. Ona görə də bu rejimin davam etmək perspektivi yoxdur və dəyişməsi şərtdir" - deyə, ekspert vurğulayıb. Mərahim Nəsib
İranın gələcəyi necə olacaq? - "Rejimin davam etmək şansı yoxdur"
Mənbə oxu.az

Oxşar Xəbərlər