Kriminal

Füzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ: Maşından meyitləri tapıldı

15 Jan 2026, 17:00 1 baxış
Füzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ: Maşından meyitləri tapıldı
Füzuli rayonunda avtomobildə yatan əmi və qardaşı oğlu dəm qazından boğularaq ölüblər. Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanvarın 15-i Qarabağ kəndində avtomobili işlək vəziyyətdə saxlayıb yatan 1977-ci il təvəllüdlü Bayram Cavan oğlu Hətəmov və onun 1998-ci il təvəllüdlü qardaşı oğlu Vüsal Natiq oğlu Hətəmli avtomobilin qızdırıcı sistemində yaranan karbonmonoksid qazından (dəm qazı) boğulublar. Nəticədə onlar hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər