Cəmiyyət

Hacıbala Abutalıbov Bakıdan köçüb, bu kənddə yaşayır

15 Jan 2026, 16:07 2 baxış
Hacıbala Abutalıbov Bakıdan köçüb, bu kənddə yaşayır

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb.


Axar.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib.


Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır.


Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır.


Yaxınları deyir ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur.


"Yaşlanıb, özü üçün həyət-bacada gəzir", - deyə yaxınları qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər