Digər
Makron Müdafiə Kabinetinin təcili iclasını keçirdi
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqını elan etməsi bəyanatı və İran hökumətinin etirazları qəddarcasına yatırması fonunda ölkənin Müdafiə Kabinetinin təcili iclasını keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” Fransadakı mənbəyə istinadən məlumat yayıb.
“Makron Müdafiə Kabinetinin iclasından sonra Fransa hərbçilərinə Yeni il təbriklərini çatdırmaq üçün İstr şəhərinə yola düşüb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, “Arktika dözümlülüyü” hərbi təlimi çərçivəsində Fransa Qrenlandiyaya qoşun göndərib.
Mənbə
axar.az