Digər

Uitkoff və Kuşneri gözləyirik… - Peskov

15 Jan 2026, 16:47 1 baxış
Uitkoff və Kuşneri gözləyirik… - Peskov

Görüşlərin tarixləri razılaşdırıldıqdan sonra Rusiya Ukrayna məsələsi üzrə amerikalı danışıqçıların - ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin yeni səfərinə ev sahibliyi etməyi gözləyir.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə danışıb.


"Amerikalı danışıqçılarla mövcud ünsiyyət kanalları fəaliyyətini davam etdirir. Bu dialoq davam edir. Tarixlər razılaşdırılan kimi, ümid edirik ki, belə bir səfər baş tutacaq", - o bildirib.


Qeyd edək ki, “Blumberq” nəşri Uitkoff və Kuşnerin tezliklə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməyi planlaşdırdıqları barədə məlumat yaymışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər