Digər

"mygov" platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ

15 Jan 2026, 15:56 1 baxış
"mygov" platforması adından yayılan saxta elanlarla bağlı  XƏBƏRDARLIQ
Son günlər sosial şəbəkələrdə "mygov" platformasının adından "2026-cı il üzrə 1 500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi" tipli elanlar yayılıb. Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib. Bildirilib ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Sözügedən paylaşımların "mygov" platforması ilə heç bir əlaqəsi yoxdur: "Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir. Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız "mygov"un rəsmi kanallarını izləməyə çağırırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər