Cəmiyyət

ABŞ Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırıb? - Səfirlik AÇIQLADI

15 Jan 2026, 14:14 2 baxış
ABŞ Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırıb? - Səfirlik AÇIQLADI
"Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. "Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. Sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir", - açıqlamada deyilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər