Cəmiyyət

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

15 Jan 2026, 14:09 2 baxış
ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Yerli mediada ABŞ-ın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.


“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. Sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-ın Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - açıqlamada deyilir.


Qeyd edək ki, ötən gün yayılan məlumatda da dəqiqləşdirilərək, immiqrant vizalarının dayandırıldığı vurğulanmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər