Cəmiyyət
"Qaçqınkom" püşkatma zamanı Zəngilan sakinini nəzərə almadı? - RƏSMİ AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəbul otağında olan vətəndaş onun müraciətinə baxılmamasından şikayət edib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb. Vətəndaş Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçlə bağlı keçirilən püşkatmadan narazı olduğunu iddia edib. "İki körpə uşaqla burada olsaq da, bizə baxan, bizi qəbul edən yoxdur", - deyə vətəndaş bildirib. Komitənin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, Zəngilan rayonunun Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Orxan Məhəmməd oğlu Fətəliyev ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri şosesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşıb.
"İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür. Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə alaraq, onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq. Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləri isə həqiqəti əks etdirmir. Belə ki, onun dövlət komitəsinə yazılı müraciəti 19 dekabr 2025-ci ildə müvafiq qaydada cavablandırılıb və vətəndaşın ünvanına göndərilib. Eləcə də, o, bir neçə dəfə rəhbər şəxslərin qəbulunda olub. Ötən gün dövlət komitəsində olarkən də aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib və müraciəti ilə əlaqədar ona müvafiq izahat verilib. Nəzərinizə çatdırırıq ki, Orxan Fətəliyevin atası Məhəmməd Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli kəndində ailə tərkibinə uyğun olaraq dördotaqlı mənzillə təmin edilib", - deyə İ.Mirzəyev bildirib. Əzizə İsmayılova

Mənbə
oxu.az