Digər

"Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda

15 Jan 2026, 13:22 1 baxış
"Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda
"Geely M9" süni intellekt əsaslı idarəetmə sistemləri, yüksək güc göstəriciləri və komfortyönümlü texnologiyaları ilə premium SUV seqmentində fərqli mövqe tutur. Model həm tam elektrik, həm də hibrid rejimlərdə uzunməsafəli və stabil idarəetmə imkanları təqdim edir. Texniki göstəricilər "Geely M9" 41.46 kWh batareya ilə 210 km tam elektrik yürüşü, hibrid sistemlə isə 1 300 km-ə qədər maksimal məsafə təklif edir. Avtomobilin maksimal gücü 870 at gücü, ötürücüsü tam (4x4)-dür. 0-dan 100 km/s sürətlənmə 4.5 saniyə, maksimal sürət isə 210 km/s təşkil edir. Orta yanacaq sərfiyyatı 5.5 l/100 km-dir. Ağıllı texnologiyalar Model "Magic Carpet" aktiv pnevmatik asqı, CCD davamlı dəyişən amortizasiya sistemi, G-TCS, CBC və DTV idarəetmə texnologiyaları ilə təchiz olunub. "Waltz U-turn", drift park etmə və enerji bərpa sistemi Geely M9-un texnoloji üstünlüklərini daha da artırır. Avtomobildə həmçinin 6 kW xarici AC enerji ötürmə və avtomobildən-avtomobilə enerji paylaşımı funksiyası mövcuddur. Premium interyer Geely M9-un salonunda elektrik tənzimlənən, isitmə və ventilyasiyalı, masaj funksiyalı oturacaqlar, üç zonalı avtomatik kondisioner, 50W naqilsiz şarj, 220V elektrik çıxışı və PM2.5 hava keyfiyyəti monitorinq sistemi yer alır. İkinci və üçüncü sıra oturacaqlar da tam komfortyönümlü elektrik funksiyalarla təchiz edilib. Eksteryer və əlavə paket Model futuristik "Star Ripple" ön işıq xətti, "Matrix ADB" fənərlər, ikili panoramik lyuk və "Magic Carpet Star Chi" paketi ilə təqdim olunur. Paketə 21 düymlük disklər, adaptiv sükan və xüsusi işıq texnologiyaları daxildir. "Geely M9" artıq Azərbaycanda premium SUV seqmentində süni intellekt, güc və komfortu bir araya gətirən yeni model kimi təqdim olunur. Rəsmi zəmanət: 4 il və ya 100 000 km "Geely" rəsmi satış və servis mərkəzi: Babək prospekti 35A Əlaqə: *2299












"Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda "Geely"nin yeni flaqman modeli "Galaxy M9" artıq Azərbaycanda
Mənbə oxu.az

Oxşar Xəbərlər